Tanınmış aparıcı hacı Nuran təcili xəstəxanaya yerləşdirildi - FOTO

12 Fevral 2020 09:06

Tanınmış aparıcı hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə aparıcı özü sosial şəbəkədə məlumat paylaşıb. 

Hacı nuran son günlərin gərgin rejimi nəticəsində səhhətində bəzi problemlər yaradığını bildirib:

"Xəstəxananı sevməsəm də bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı.

Elə bilirdim ki, günü-günə satmaqla, müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı. 2 saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi. Beləcə, bir müddət müalicə almalıyam".

Milli.Az