İmişli rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az