Elektrik qurğularının quraşdırılması qaydası təsdiqləndi

11 Fevral 2020 21:47

Nazirlər Kabineti "Elektrik qurğularının quraşdırılması Qaydası"nı təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərara əsasən, "Elektrik qurğularının quraşdırılması Qaydası" təsdiq edilib.

Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

Milli.Az