AXCP üzvünün saxlanması ilə bağlı yayılan məlumatlar əsassızdır

11 Fevral 2020 20:44

"AXCP Yevlax rayonun təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır".

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə məlumat verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur:

"Heç bir dəqiqləşdirmə aparmadan yayılıb, iddialar dezinformasiyadır".

Milli.Az