Dembele əməliyyat olundu

11 Fevral 2020 20:29

"Barselona"nın futbolçusu Usman Dembele əməliyyat olunub.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, əməliyyat Fillandiyada gerçəkləşib. Fransalı yarımmüdafiəçini klubun idman direktoru Erik Abidalın müşayiət etdiyi bildirilir.
 
"Barselona"nın yaxın vaxtlarda oyunçunun bərpa müddəti ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Milli.Az