Microsoft Surface Duo artıq fəaliyyətə başladı

13 Fevral 2020 21:50

Windows Mobile ilə telefon sənayesində bazar payı qazana bilməyən Microsoft yeni telefon istehsalı üçün fəaliyyətə başlayıb. Bu telefonlardan biri Microsoft Surface Duo-dur.

Milli.Az ted.az-a istinadən bildirir ki, açılıb-qatlanan telefon iki ekrana sahibdir.

Microsoft səlahiyyətlərinin verdiyi məlumta görə, 5.6 düyümlük hər iki ekran müstəqil şəkildə istifadə edilə biləcək.

Sızdırılan videoya baxdığımızda ilk olaraq bir, sonra yan-yana fəaliyyət göstərən iki, son olaraq hər iki ekran üzərində işləyən bir tətbiqi görürürk.

Milli.Az