Hakerlərin hücum zamanı istifadə etdiyi məşhur brend adları – SİYAHI

13 Fevral 2020 23:20

"Check Point" şirkətinin mütəxəssisləri hakerlərin fişinq hücumlarında ən çox  istifadə etdiyi brendlərin siyahısını açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, hakerlər məşhur brendlər vasitəsilə insanların fərdi məlumatlarını daha rahat əldə ediblər.

Hakerlər fişinq hücumlarında ən çox istifadə etdiyi brendlər bunlardır:

Feysbuk (ümumi fişinq hücumunun 18%-i)

Yahoo (ümumi fişinq hücumunun 10%-i)

Netflix (ümumi fişinq hücumunun 5%-i)

PayPal (ümumi fişinq hücumunun 5%-i)

Microsoft (ümumi fişinq hücumunun 3%-i)

Spotify (ümumi fişinq hücumunun 3%-i)

Apple (ümumi fişinq hücumunun 2%-i)

Google (ümumi fişinq hücumunun 2%-i)

Chase (ümumi fişinq hücumunun 2%-i)

Ray-Ban (ümumi fişinq hücumunun 2%-i) və s.

HƏMÇİNİN OXU: Azərbaycanın bu bankına qarşı fişinq hücumu başladılıb

Brendlərdən istifadə hücumun hansı formada aparılmasına görə dəyişib. Belə ki, fişinq hücumları elektron poçt üzərindən aparıldıqda daha çox Yahoo!, Rbs (Ray-Ban Sunglasses), Microsoft, DropBox-a müraciət olunub.

Saytlar üzərindən edilən hücumlarda Spotify, Microsoft, PayPal və Feysbuk, mobil cihazlar vasitəsilə edilən hücumlarda isə Chase Mobile Banking, Feysbuk, Apple və PayPal tətbiqlərindən istifadə edilib.

Milli.Az