Rusiyada 5G-yə rəqib olacaq yeni rabitə şəbəkəsi hazırlanacaq

13 Fevral 2020 23:10

Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirliyi ölkədə Wi-Fi 6 standartının tətbiq ediləcəyini anons edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Wi-Fi 6 standartının 5G-yə rəqib olacağı ehtimal edilir.

Wi-Fi 6 standartının tətbiqindən sonra Apple, Samsung, Huawei və s. şirkətlər Rusiya bazarına çıxaracaqları cihazlarında 5G texnoloji funksionallığını məhdudlaşdıra bilərlər.

Milli.Az