İran irimiqyaslı kiberhücuma məruz qalıb

13 Fevral 2020 22:10

İran İslam Respublikası ölkə tarixində ilk dəfə  irimiqyaslı kiberhücuma məruz qalıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Həmid Fəttahi Tvitter səhifəsində məlumat yazıb.

Həmid Fəttahi bildirib ki, hücum internetin fəaliyyətində problem yaratmağa yönəlib: "Düşünürük ki, hücum muzdlu hakerlər tərəfindən həyata keçirilib. Hücum həm interneti sıradan çıxarmaq, həm də ölkə infrastrukturuna qarşı olub".

Nazirin müavini hücumun qarşısının alındığını da qeyd edib.

Milli.Az