"O qədər uşaqlıq sevgim olub ki... Hər həftənin əvvəlində birindən xoşum gəlirdi, sonunda başqasından. Nə edim, uşaq idik da".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Üçümüz" verilişində deyib. Müğənni uşaqlıq sevgisindən bəhs edib. O bildirib ki, uşaq vaxtı tez-tez aşiq olurmuş.
N.Ələsgərli daha sonra sosial şəbəkədə yazılan şərhlərdən danışıb:
"Əvvəl şərhləri oxuyub, əsəbiləşirdim. İndi deyirəm ki, dünya axmaq insanlarla bol deyil ki... Axmaqlar var və olmalıdır. Ona görə də fikir vermirəm şərhlərə".
Milli.Az