Türkiyədə azərbaycanlı mütəxəssislər üçün təlimlər keçiriləcək

11 Fevral 2020 17:29

Türkiyə dəmir-polad və əlvan metallurgiya sahəsində əldə etdiyi təcrübələrdən faydalanmaq məqsədi ilə azərbaycanlı mütəxəssislərə təlimlər keçəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Sənaye və Texnologiya Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına əsasən, təlimlərin 2020-2021-ci illəri əhatə etməsi nəzərdə tutulur:

"2020-2021-ci illər müddətində iki ölkənin dəmir-polad, əlvan metallurgiya sahələrinin nümayəndələri azərbaycanlı mütəxəssislər üçün istehsal, tədqiqat, inkişaf və digər mövzularda təlimlər keçəcəklər.

Nazirlikdən bildiriblər ki, təlim və texniki səfərlər Türkiyədə dörd fərqli qrup halında olacaq:

"Azərbaycanlı mütəxəssislərin Türkiyəyə səfəri, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsinə səbəb olacaq ki, bu da hər iki tərəfin maraqlarına xidmət edir.

Milli.Az