Kürdəmir Rayon Təcili Tibbi Yardım (TTY) Stansiyasının baş həkimi Eynulla Novruzov cəzalandırılıb.
Milli.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, baş həkim işçilərini təcili tibbi yardım maşını ilə səsverməyə göndərdiyi üçün ona TƏBİB tərəfindən şiddətli töhmət verilib: "Baş həkim TƏBİB-ə dəvət olunub və izahatı alınıb. O, izahatında bildirib ki, hava şəraiti ilə əlaqədar işçilər seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş edib".
Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Milli.Az