Avropanı bürüyən "Ciara" fırtınası Amsterdamda "Schiphol" hava limanına eniş etməyə çalışan sərnişin təyyarəsində qorxu dolu anlara səbəb olub. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Milli.Az DHA-ya istinadən xəbər verir ki, bu kadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlarda göyərtədəki insanların qışqırıqları və yalvarışları açıq-aşkar eşidilir.
Sözügedən hava limanına enmək üçün beş uğursuz cəhddən sonra sərnişin təyyarəsi Madridə geri qayıdıb.
Məhəmməd Vaqif
Milli.Az