Azyaşlıları daşıyan avtobus qəzaya düşdü: yaralılar var

11 Fevral 2020 16:54

Rusiyanın Krasnoyarsk vilayətində azyaşlıları daşıyan avtobus qəzaya düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin (DİN) vilayət üzrə rəsmi saytında yayılan xəbərə əsasən məlumat yayıb.

Xəbərdə bildirilir ki, "Volkswagen" markalı mikroavtobus Boquçanı-Yurubçen-Baykit avtomobil yolunun 6-cı kilometrliyində "İveco" markalı yük avtomobili ilə toqquşub.

Mikroavtobusda 10-12 yaş arası 15 uşaqdan ibarət xoreoqrafiya kollektivi olub. Onlardan üçü qəza zamanı xəsarət alıb.

Milli.Az