Ağ Ev ABŞ-ın müdafiə büdcəsini artırmağı təklif edib

11 Fevral 2020 15:10

ABŞ administrasiyası 2021-ci il üçün müdafiə büdcəsini artırmağı təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edən Eleyn Makkasker deyib.

E.Makkasker bildirib: "Prezident tərəfindən Müdafiə Nazirliyi üçün istənilən büdcə 740,5 milyard dollar təşkil edir".

Bildirilir ki, bu məbləğdən 69 milyard dolları xarici ölkələrdə hərbi əməliyyatların keçirilməsi üçün nəzərdə tutulur.

Milli.Az