Təyyarə beş saat səmada fırlandı - FOTO

11 Fevral 2020 14:31

Meksikanın paytaxtı Mexikodan Barselonaya uçan sərnişin təyyarəsi okeanın üzərindən geri qayıdıb.

Milli.Az oxu.az-a istinadənxəbər verir ki, "Fly Emirates" şirkətinə məxsus "Boeing 777" təyyarəsi 5 saat əvvəl səmaya qalxıb və Meksika körfəzi üzərində ABŞ-ın Luizina ştatının hüdudlarında dönmə manevri edərək geri qayıdıb.

"UAE256" saylı reyslə uçan təyyarə yenidən Mexiko aeroportunda eniş edib.

Hazırda təyyarənin hansı səbəbdən geri qayıtdığı məlum deyil.

Milli.Az