Banqladeşdə Rohinca müsəlmanlarını aparan gəmi batdı - Onlarla ölü

11 Fevral 2020 14:26

Banqladeş sahillərində Rohinca müsəlmanlarını aparan gəmi batıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər həlak olub.

Qeyd olunur ki, gəmidə 100-dən çox Rohinca qaçqını olub. Gəmi Banqladeşdən Malayziyaya gedirmiş.

Xilasedicilər sudan 65 nəfəri çıxara bilib. 50 nəfər itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə işləri davam edir.

Milli.Az