Türkiyənin bir neçə vilayətində dərslər dayandırıldı

11 Fevral 2020 13:36

Türkiyənin Qara dəniz sahillərindəki 9 vilayətində kəskin hava şəraiti ilə əlaqədar dərslər dayandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bölgədə temperatur mənfi 15 dərəcəyədək düşüb.

Bundan başqa, Ərzurum vilayətində 10 yaşayış məntəqəsi ilə əlaqə kəsilib.

Hazırda əlaqənin bərpa olunması üçün işlər aparılır.

Milli.Az