Universitet rektoru oteldə fahişə gözləyərkən tutuldu - İstefa verdi - FOTO

11 Fevral 2020 13:14

Universitet rektoru fahişə qadınla yaxınlıq etmək istəyərkən saxlanılıb.

Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-da əxlaqsızlıq yuvasına basqın zamanı saxlanılanlardan biri də universitet rektoru olub.

O, saxlanılarkən polislərə özünü başqa adla təqdim etsə də, araşdırmalar nəticəsində onun kimliyi dəqiqləşib.

Klinton polis şefi Ford Hayman-ın açıqlamasına görə, əməliyyat zamanı 17 nəfər saxlanılıb. Saxlanılanlardan biri 57 yaşlı William Bynum-dur. Onun üzərindən narkotik maddə də tapılıb.

Jackson State University-də rektor olan William Bynum istefa verməyə məcbur qalıb.

Qeyd edək ki, 17 nəfər otel otağında fahişə gözləyərkən tutulub.

İsmayıl
Milli.Az