Vilayət Eyvazovdan yeni TƏYİNAT

11 Fevral 2020 11:57

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Ramil Salayev Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin edilib.

O, bu təyinata qədər həmin şöbənin baş müstəntiqi olub.

Xəbəri Şirvan ŞPŞ-dən təsdiqləyiblər.

Milli.Az