Sarri istefaya göndərilə bilər

11 Fevral 2020 10:24

"Yuventus" baş məşqçisi Mauritsio Sarri ilə yollarını ayıra bilər.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın son matçlardakı uğursuz nəticələrindən narazı qalıb. Klub prezidenti Andrea Anyellinin italiyalı mütəxəssislə əməkdaşlığa davam etmək istəmədiyi iddia edilir.

A Seriysının 23-cü turunda "Verona"ya 1:2 hesabı ilə uduzan "Yuventus" liderliyi əldən verib. Turin təmsilçisi 53 xalla 2-cidir. Eyni xala malik "İnter" liderliyə yüksəlib.

Milli.Az