Serenay Cem Yılmaza eşqini etiraf etdi - VİDEO

11 Fevral 2020 10:02

Bir müddətdir eşq yaşadıqları iddia olunan aktrisa Serenay Sarıkaya və şoumen Cem Yılmazın münasibətdə olduqları təsdiqlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Serenay hava limanında jurnalistlərin "Niyə ayrı-ayrı təyyarələrdə qayıtdınız" sualına cavab verərkən etdiyi açıqlamada etiraf edib:

"Hər şey gördüyünüz kimidir. Orada bir az işlərim var idi, ona görə gec gəlməli oldum".

Qeyd edək ki, onlar bir neçə gün əvvəl Yunanıstana istirahətə getmişdilər. Cütlük bir müddətdir sadəcə dost olduqlarını bəyan edirdi.

Milli.Az