KİV: Ukrayna prezidenti ofisinin rəhbəri istefa verib

11 Fevral 2020 09:34

Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Boqdan istefa verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" nəşrinə mənbələr bildirib.

Nəşrin məlumatına əsasən, A.Boqdan fevralın 10-u prezident Vladimir Zelenski ilə öz istefasını müzakirə edib.

Bildirilir ki, prezident ofisinin rəhbəri öz istefasını, həmçinin müavinləri ilə də müzakirə edib.

Onun istefa verməsinin səbəbi barədə məlumat verilmir.

Milli.Az