Türkiyədə zəlzələ olub

11 Fevral 2020 08:03

Türkiyədə 4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Malatya əyalətinin Pütürge rayonunda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) öz növbəsində bildirir ki, zəlzələnin manitudası 3,9 bal olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az