Ankarada Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü keçirilib

11 Fevral 2020 07:05

Ankarada Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı Türkiyə tərəfi ölkənin Silahlı Qüvvələrinin İdlib deeskalasiya bölgəsindəki müşahidə postuna Bəşər Əsəd hökumətinin qüvvələrinin hücumunu qınayıb.

Vurğulanıb ki, İdlibdə Türkiyə hərbçilərinə və ölkənin Silahlı Qüvvələrinin müşahidə postlarına Astana prosesinə zidd olan hücumlara sonra qoymaq lazımdır.

Milli.Az