Sabunçuda transformator yanıb

10 Fevral 2020 19:34

Bakının Sabunçu rayonunda ümumi sahəsi 4 kv.m olan tikilinin içərisində transformatorun yağı, sarğıları və 2 p.m cıxış kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az