Bakı sakininin avtomobilindən tapança və patronlar götürüldü

10 Fevral 2020 19:49

Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi avtomobildən tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi "BMW" markalı avtomobildən "Glock-19" markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Milli.Az