Yerevanda etirazçılarla polis arasında insident yaşandı

10 Fevral 2020 20:29

Yerevanda Başincaqyan küçəsinin sakinləri yaşayış binalarının yaxınlığında Şimal-Cənub magistral yolunun inşasına etiraz edirlər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, etirazlara baxmayaraq, qarajları sökməyə başlayıblar, bundan sonra sakinlər müqavimət göstərməyə çalışıblar. Nəticədə polislə aksiyaçılar arasında insdent baş verib. Polis insanları zorla ərazidən uzaqlaşdırıb.

Milli.Az