"Qurban olum, imkanın var geyimlərini dəyiş" - Şəbnəmin tərzini bəyənmədi

10 Fevral 2020 16:08

Müğənni Gülay Zeynallı "ATV maqazin onlarla" verilişində həmkarı Şəbnəm Tovuzlunun geyimlərinə söz atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki,sənətçi "Geyim tərzini dəyişsə yaxşıdır" sözlərinə belə reaksiya verib:

"Şəbnəmi çox istəyirəm, münasibətimiz yaxşıdır. Biri var imkanı olmasın... Qurban olum, imkanın da var, dəyiş. Tələbatlı müğənnidir, gözəldir. Çox istəyərdim ki, Şəbnəm bir damcı dəyişsin. Ona yaraşar".

Milli.Az