Monteneqrolu deputat: "Azərbaycanda parlament seçkiləri ən yüksək səviyyədə keçdi" - FOTO

10 Fevral 2020 14:07

Azərbaycanda parlament seçkiləri ən yüksək səviyyədə keçdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Monteneqro parlamentinin deputatı Predraq Sekuliç mətbuat konfransında deyib.

O bildirib ki, dünən vətəndaşların demokratik hüquqları və Azərbaycanın demokratik gələcəyi baxımından əlamətdar gün olub:

"Seçkilərin qalibinin kimin olacağını bilmirəm, amma əminəm ki, bu, xalqın həqiqi seçimi olacaq".

P.Sekuliç əlavə edib ki, seçki müddətində Bakıda və digər regionlarda 17 seçki məntəqəsində olub.

Milli.Az