Çində koronavirusdan ölənlərin sayı 908-ə çatıb

10 Fevral 2020 09:06

Çində koronavirusa yoluxaraq ölənlərin sayı 908-ə yüksəlib. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Çin Sağlamlıq Komitəsinin açıqlamasında bildirilib.

Məlumata görə, ümumilikdə ölkə üzrə yeni virusa 40.1 mindən çox insan yoluxub. Onlardan 3281 nəfəri sağalaraq xəstəxanadan sərbəst buraxılıb.

Milli.Az