Türkiyədə zəlzələ olub

10 Fevral 2020 08:26

Türkiyənin Manisa vilayətində 3,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla saat 20:45-də qeydə alınıb. Yeraltı təkanların episentri Kırkağac rayonunda yerləşib.

Zəlzələnin ocağı isə 1,4 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az