5 otaqlı ev yanıb

10 Fevral 2020 07:41

Neftçala rayonunda 5 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Neftçala rayonunun Şorkənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları 85 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az