Güclü leysan 74 gündür davam edən meşə yanğınını söndürdü

10 Fevral 2020 07:35

Avstraliyada güclü leysan daşqınlara səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sel suları 74 gün davam edən və 500 min hektardan çox ərazini külə döndərən meşə yanğınlarını söndürüb. Güclü yağışlar Sidneyin şərqində 137 min nəfər sakini işıqsız qoyub. Bu səbəbdən sakinlər təxliyyə olunub.

Daha çox daşqın Vullonqonq şəhərində olub.

Milli.Az