Elmar Məmmədyarov Vyanaya gedib

9 Fevral 2020 19:10

Xarici İşlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Vyana şəhərinə yola düşüb.

XİN Mətbuat xidməti idarəsindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və konfransda iştirak edən dövlətlərin xarici işlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Milli.Az