Azərbaycan vətəndaşları ruh yüksəkliyi ilə səs verir və bu, səsvermə sisteminin səmərəliliyini göstərir.
Milli.Az bildirir ki, bunu Trend-ə İndoneziyadan müşahidəçilər missiyasının üzvü Veramella Ancaya deyib.
O bildirib ki, Azərbaycanda ilk dəfə seçkiləri müşahidə edir:
"Qeyd etmək lazımdır ki, təşkilatçılıq səviyyəsi heyrətləndirir. Seçki prosesi azad, ədalətli və mütəşəkkil keçir. Həm yerli, həm də xarici müşahidəçilərin çox sayda olması seçkilərin şəffaflığından xəbər verir".
İndoneziyalı müşahidəçi deyib ki, Azərbaycanda parlament seçkiləri İndoneziyadakı seçkilərlə oxşardır:
"Fikrimcə, ən əsası odur ki, insanlar səsvermədə maraqlıdır. Hesab edirik ki, Azərbaycanda seçkilər yüksək səviyyədə keçir".
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.
Milli.Az