Emmanual Adebayor yeni karyerasını "Olimpiya"da davam etdirəcək.
Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Paraqvay təmsilçisi sosial şəbəkə hesablarında məlumat yayıb. Klubun toqolu hücumçu ilə yaxın zamanlarda rəsmi müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, son iş yeri "Kayserispor" olan E.Adebayor "Monako", "Arsenal", "Mançester Siti", "Real", "Tottenhem", "Kristal Pelas", "Başakşəhər"in də formasını geyinib.
Milli.Az