Amerikalı müşahidəçi: Azərbaycanda seçicilər ruh yüksəkliyi nümayiş etdirirlər

9 Fevral 2020 16:19

Azərbaycanda keçirilən parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu jurnalistlərə ABŞ-ın Los-Anceles şəhərindən olan müşahidəçi Mitç Silberman deyib.

Müşahidəçi bildirib ki, Azərbaycanın modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunur: "Biz vətəndaşların öz ölkələrinin işıqlı gələcəyinə səs vermələrini müşahidə etməkdən məmnunuq".

Milli.Az