Filipp Kirkorov ata oldu

27 Noyabr 2011 19:30
40 yaşlı rusiyalı müğənni Filipp Kirkorov ilk dəfə ata olub. Anspress-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Rusiyanın birinci kanalında "Nə? Harada? Nə vaxt?" verilişi zamanı aparıcı Boris Kryuk bildirib.

"Moskva vaxtı ilə saat 20:00-da Filip Kirkorovun qızı doğulub",- deyə B. Kryuk veriliş zamanı müğənninin iştirakı ilə musiqi fasiləsi elan edərkən bu məlumatı verib.

Tanınmış ifaçı bu xəbərdən olduqca xoşbəxt olduğunu bildirib.

Life News isə yazır ki, F.Kirkorovun körpəsini surroqat amerikalı qadın dünyaya gətirib. Körpənin adının Viktoriya olacağı bildirilir.

"Biz son ana kimi bu şad xəbəri gizli saxlayırdıq, bu haqda ancaq mən, Alla Puqaçova və Maksim Qalkin bilirdi. Hələlik deyə bilərik ki, körpənin anası amerikalıdır və hazırda ABŞ-da yaşayır",- deyə Life News-a müsahibəsində Nikolay Baskov danışıb. 

Milli.Az