Çexiyada "Nemtsov meydanı"

9 Fevral 2020 13:14

Praqa Şəhər Administrasiyası Rusiyanın Çexiyadakı səfirliyi önündə yerləşən meydanı Boris Nemtsovun şərəfinə adlandıracaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında paytaxtın meri Zdenek Qrjib deyib.

O bununla bağlı səsvermənin fevralın 24-də keçiriləcəyini bildirib.

Qrjibin sözlərinə görə, meydana Nemtsovun adının onun anım günündə verilməsi planlaşdırılır.

Qeyd edək ki, B.Nemtsov 2015-ci il fevralın 27-də Kreml yaxınlığında qətlə yetirilib.

Milli.Az