Leonid Kalaşnikov: "Seçki prosesi tam qanunauyğun şəkildə aparılır"

9 Fevral 2020 11:58

Fevralın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiya Federasiyasının Dövlət Dumasının nümayəndə heyəti ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qonaqları salamlayan MSK sədri seçki prosesi ilə bağlı məlumat verib.

MSK sədri qeyd edib ki, seçkilər xarici və yerli KİV-lər tərəfindən yayımlanır. Seçkidə ölkədəki əksər siyasi partiyalar təmsil olunur. Seçki beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənir. 1000 məntəqəyə veb-kamera quraşdırılıb.

Nümayəndə heyətinin rəhbəri Leonid Kalaşnikov bildirib ki, onlar müşahidələri zamanı seçki prosesinin tam qanunlar çərçivəsində aparıldığının şahidi olublar.

Sonra MSK sədri qonaqların suallarını cavablandırıb.

Milli.Az