ABŞ Somalinin Cilib şəhərində "Əl-Şəbab" terror qruplaşmasının obyektinə iki hava zərbəsi endirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Silahlı Qüvvələrinin Afrika komandanlığından (AFRİKOM) bildiriblər.
İlkin məlumata əsasən, hava zərbələri nəticəsində terrorçuların bir obyekti məhv edilib, iki terrorçu isə yaralanıb.
Bildirilir ki, hava zərbələri "Əl-Şəbab"ın gələcəkdə hücumlar həyata keçirmək üçün öz infrastrukturunu yaratmasına imkan verməmək məqsədi dayışır.
Milli.Az