ATƏT PA-nın müşahidəçisi: "Hər hansı pozuntu qeydə alınmayıb"

9 Fevral 2020 10:21

"Biz gün ərzində 10-12 məntəqədə müşahidə aparacağıq, indiyə qədər 3 məntəqədə olmuşuq".

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi lüksemburqlu Qraas Qustav Marsel deyib.

Onun sözlərinə görə, hələlik heç bir məntəqədə pozuntu halları qeyd edilməyib: "Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır. Yekun nəticələr barədə danışmaq hələ tezdir, çünki səsvermə yeni başlayıb".

Milli.Az