35 saylı Xətai III Seçki Dairəsinin məntəqələrinin çıxışında "exit-poll" keçirilir

9 Fevral 2020 09:31

35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 21, 24, 25 və 26  saylı məntəqələrində növbədənkənar parlament seçkilər ilə bağlı səsvermə keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, seçkini 21 saylı məntəqədə yerli və xarici, digər üç məntəqədə isə yerli müşahidəçilər izləyir.

Seçki məntəqələrinin çıxışında "Rəy" Monitorinq Mərkəzi tərəfindən "exit-poll" təşkil olunub.

Milli.Az