Bakıda mənzildə kişi meyiti aşkarlanıb

9 Fevral 2020 08:51

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Əliyev Yusif Yaqub oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az