Şəmkirdə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a veirlən məlumata görə, rayonun Qaralar kəndində ümumi sahəsi 224 m² olan tikilinin yanar konstruksiyaları, damına yığılan 14 ton ot bağlamasının 4 tonu və içərisində dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az