Astarada 6 otaqlı ev yanıb

8 Fevral 2020 22:53

Astarada yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Qapıçıməhəllə kəndində ümumi sahəsi 540 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 7 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az