Azərbaycanda ən yaşlı seçicinin 125 yaşı var.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir.
Ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 108 yaşlı Əhmədov Şahverdidir.
Milli.Az