Bəzi namizədlər hələ də sosial şəbəkələrdə təşviaqat aparır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmş mətbuat konfransında deyib.
M.Pənahov vurğulayıb ki, bəzi namizədlər MSK-nın təyin etdiyi yerlərdən əlavə kəndlərdə gəzərək seçiciləri ilə görüşüb: "Biz bunlara göz yummuşuq, amma mən hesab edirəm ki, biz düz yol tutmuşuq. Onlar tək bizim təyin etdiyimiz ünvanlarda yox, ucqar kəndlərdə seçiciləri ilə görüşüb".
Milli.Az