Abşeronda narkotacir tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Qurbanov saxlanılıb.
Ondan çəkisi 2 kiloqram 275 qram heroin aşkar edilərək götürülüb.
Milli.Az